Məscid Kəngərli rayonunun Qıvraq kəndində yerləşir. İbadət evi 1917-ci ildə inşa olunub.
Məscid dağ daşlarından inşa olunub. İbadətgahın əsas binasının qarşısında eyvan yerləşib. Məscidin döşəməsi taxta, tavanı isə fanerdəndir. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir. İbadətgahın minbəri beşpilləlidir və kərpicdən hörülüb.
Qıvraq kənd Cümə məscidində 1988-1990-cı illərdə təmir-bərpa işləri aparılıb. Bu zaman damın örtüyü dəyişdirilib, damın üstündə altı metrlik minarə ucaldılıb.
Mənbə:
- Azərbaycan Respublikasının məscidlərinin ensiklopediyası. Bakı-2001.