Məscid İmişli rayonunun mərkəzində, Həzi Aslanov küçəsi 55-də yerləşir. İbadətgah, həmçinin “Vəliyullah məscidi” kimi tanınır. İbadət evinin inşası 1991-1994-cü illərə aid edilir. Bünövsi 1987-ci ildə keçmiş İmişli rayonun İcra başçısı Hacı Xanhüseyn tərəfindən qoyulub.
İbadət evinin həyəti daş hasarla əhatə olunub. Məscidin üç ibadət zalı var. İbadətgahda altıpilləli minbəri yerləşir. Məscidin mişar daşından tikilmiş qoşa minarəsi və bir günbəzi var. Günbəzin diametri 15 metrdir və o, 16 tağvari pəncərəyə malikdir. Minarələrin hündürlüyü isə 27 metrdir və üstünə aypara ilə səkkizguşəli ulduz quraşdırılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.