Sahib əz-Zaman məscidi Bakının Hövsan qəsəbəsində yerləşir. İbadətgah, həmçinin Höccət ibnil-Həsən kimi tanınır. Yerli əhali arasında abidə “Yuxarı məscid” kimi adlandırılır. Məscidin inşası 1905-ci ildə başlanıb və 1915-1917-ci illərdə başa çatıb.
Məscid ikimərtəbəlidir. İkinci mərtəbə eyvan şəklindədir və qadınlar üçün ibadət zalı kimi fəaliyyət göstərir. İbadət evinin həyətində dəstəmaz almaq üçün hovuz var. Hovuzun üzərinə “Rəhimov Molla Rəhim, Axund Əhəd oğlundan yadigar” yazısı həkk olunub. Məscidin bir günbəzi var, minarəsi isə yoxdur. Günbəz səkkiz pəncərədən ibarətdir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://www.facebook.com
- https://www.youtube.com
- http://web2.anl.az:81