Bugün, səfər ayının 9-u (sentyabr ayının 16-ı) Əmmar Yasirin şəhadətinin illdönümüdür. Əmmar Yasir hicrətin 37-ci ilində Siffeyn döyüşü zamanı 94 yaşında şəhid olub.
Əmmar müşriklərin törətdiyi işgəncələrə görə təqiyyə edir. Bundan sonra “Nəhl” surəsinin 106-ci ayəsi nazil olur: “Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır”. Bu ayə Əmmarın təqiyyəsinin Allah tərəfindən bəyinilməsini göstərir.
Əmmarın atası Yasir, anası Süməyyə ilk müsəlmanların sırasında olublar. Əmmar Yasir Peyğəmbərin (s) və Həzrəti Əlinin (ə.s) yaxın səhabələrindən idi. Əmmar Allahın Rəsulu ilə mühacirət edənlərin arasında olub.