Məscid Ağstafa şəhərinin mərkəzində yerləşir. İbadət evi 1996-cı ildə yerli sakinlərin təşəbbüsü ilə inşa edilib. Tikinti xərcləri Küveyt İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən qarşılanıb. Məscidin memarı Sənan Mustafayevdir.

İbadətgahın iç sahəsi 289, çöl sahəsi isə 6500 kvadratmetrdir. Məscid iki mərtəbədən, bir günbəzdən və qoşa minarədən ibarətdir. Günbəz və minarələrin üstü dəmir təbəqə ilə örtülüb. Qadınların ibadət zalı ikinci mərtəbədə yerləşir. Kişilərin ibadət zalının sağ və sol tərəflərində əlavə otaqlar var. Bu otaqlar mədrəsə kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdu.

2018-ci ildə İmam Əli Cümə məscidində təmir işləri görülüb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.