Vəhşət namazı dünyasının dəyişən şəxs üçün, onun dəfn edildiyi ilk gecə qılınır.
Məhəmməd Peyğəmbər (s) buyurub: “Meyyid üçün qəbirin ilk gecəsindən daha çətin bir vaxt yoxdur. Elə isə onlara rəhm edib sədəqə göndərin. Əğər bunu edə bilməsəniz onların öldüyü ilk gecə iki rəkət namaz qılın”.
Namazın qılınma qaydası:
Birinci rəkətdə Fatihə surəsindən sonra Ayət əl-Kürsi, ikinci rəkətdə Fatihə surəsindən sonra on dəfə Qədr surəsini oxumaq, sonra təşəhhüd və salamı deyib namazı bitirmək və dərhal bu zikri oxumaq lazımdır:
اَللّهُمَّ صَلِّ عَلی مُحمّدٍ وَ آلِ مُحمّدٍ وَ ابْعَثْ ثَوابَها اِلی قَبرِ فلان بن فلان
Allahummə salli alə Muhammədin və Ali Muhamməd, vəbəs səvabəhə ilə qəbri filan ibni filan. (Filan ibni filanın yerinə ad deyilir. Məsələn: Orxan ibni Elşən. qadındirsa ibn yerinə “binti” deyilir: Sahibə binti Oktay)