Məscid Şərur rayonunun Aşağı Aralıq kəndində yerləşir. İbadətgah 1996-cı ildə inşa olunmuşdur. Heydər məscidi müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında inşa edilən ilk məscidlərdən biridir.

Məscid iki mərtəbədən ibarətdir. İbadət evinin həyəti dini simvollar, nəbati (təbiət formalarından ibarət olan naxışlar) və həndəsi (təkrarlanan kvadratlar, dairələrin birləşmələri və s.) naxışlarla bəzədilmiş dəmir məhəccərlərlə əhatə olunmuşdur.

Binanın günbəzində göy kaşılarla (keramika, daş, metal və şüşədən istehsal edilən parça) “HEYDƏR MƏSCİDİ” sözləri, əsas giriş qapısının baş tərəfində isə Qurandan ayələr yazılmış kitabə qoyulub. Məscidin qoşa 15 metrlik minarələri var.

Mənbələr:

  1. http://www.anl.az
  2. http://imp.nakhchivan.az