Məscid Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yerləşir. İbadətgah 1992-ci ildə yerli kənd sakinlərinin vəsaiti ilə inşa olunub. Əvvəllər burada başqa bir məscid də mövcud idi.
Məscidin divarlarında ərəb və latın əlifbası ilə bu sözlər qeyd edilib: “Qaramanlı kəndi Həzrət Əbülfəzl ibn Əli (ə) məscidi”.
İbadətgah mişar daşından inşa olunub. Məscidin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin iki minarəsi var. Minarələr dəyirmi formadadır və onların hündürlüyü 16 metr təşkil edir. Məscid daş plitələr ilə döşənib.
Həzrət Əbülfəzl İbn Əli məscidinin həyətyanı sahəsi qırmızı kərpic və dəmirlə işlənmiş hasarla əhatə olunub.
Mənbə:
Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.