Misirli altı yaşlı Rudina Məhəmməd karantin dövründə Qurani-Kərimi əzbərləyib. Bu barədə İQNA xəbər verib.
Məlumata görə, azyaşlı qızın valideynləri ona bu işdə kömək ediblər. “Əgər uşaqlarınıza Quranı öyrətmək istəsəniz bunu əyləncə şəkildə edin”, – deyə Rudinanın atası söyləyib. O, uşaqlara davamlı şəkildə Quranı qulaq asdırmağı, ayələri təkrarlamağı və onlara təşviq üçün hədiyyə verməyi və ya gəzdirməyi tövsiyə edib.