Peysə məscidi Masallı rayonunun Qızılavar kəndinin ərazisində yerləşir. Məscidin inşa tarixi 2000-2005-ci ilə aid edilir.

Məscid düzbucaq formaya malikdir. İbadətgahın binası qırmızı kərpicdən, damı isə kirəmitdəndir. Məscidin günbəzi kvadrat formasında inşa edilib. İbadət evinin minarələri məsciddən ayrı inşa edilib. Minarələrin üstündə ərəb dilində “Allah” rəmzi quraşdırılıb.

Məscidin ön tərəfində eyvan yerləşir. İbadətgahın iki (kişilər və qadınlar üçün) cüt giriş qapısı və 8 pəncərəsi var. Qadınlar şöbəsi əsas zaldan pərdə ilə ayrılıb.

Mənbə:

  1. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.

Masallı rayonu Qızılavar kənd məscidi Masallı rayonu Qızılavar kənd məscidi Masallı rayonu Qızılavar kənd məscidi Masallı rayonu Qızılavar kənd məscidi Masallı rayonu Qızılavar kənd məscidi Masallı rayonu Qızılavar kənd məscidi