Məscid Bakı şəhərinin Buzovna qəsəbəsində, Ruhulla Axundov küçəsi 103-də yerləşir. İbadət evinin tikintisi 1896-cu ildə İmralı adlı yerli sakin tərəfindən başladılıb. Məscidinin inşası, erməni-müsəlman müharibəsinə (1905-1906) görə, saxlanılmışdır. Bu hadisədən sonra məscidin inşası 1918-ci və 1990-cı illərdə davam etdirilməli idi. Lakin hər iki tarixdə tikinti işləri təxirə salınıb.

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən məsciddə təmir-bərpa işləri başlanılıb. Məscidin açılışı 2009-cu ilin dekabr ayında baş tutub.

Abidə sal daşlardan tikilib və iki mərtəbədən ibarətdir. Kişilər üçün zal birinci, qadınlar üçün ibadət zalı isə ikinci mərtəbədə yerləşir. Məscidin fasadında ərəb əlifbası ilə yazılan daş kitabələr var. İlk gündən məscidin minarəsi və günbəzi olmayıb. Lakin 2009-cu ildə məsciddə günbəz tikilib və minarə ucaldılıb. İbadətgahın daxilində, günbəzin altında dairəvi formada “Ayət əl-Kürsi” yazılıb. Məscidin içərisindəki Allahın və məsumların (ə.s) adları rəssamlar tərəfindən xəttatlıqla yazılıb.

Kişilər üçün dəstəmazxana məscidin həyətində dairəvi və ətrafı açıq formada tikilib. Qadınlar üçün dəstəmazxana isə məscidin arxa hissəsində yerləşir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.dqdk.gov.az/az/view/objects/47
  3. http://www.anl.az