Məscid Bakı şəhərinin Binə qəsəbəsində, Nizami Abbasov küçəsində yerləşir. İbadət evi 1260-cı ildə Məşədi Kazım tərəfindən inşa edilib.

İbadət evinin bir günbəzi var, minarəsi isə yoxdur. Əvvəllər məscidin sahəsi 40 kvadratmetr təşkil edirdi. Sonradan burada təmir işlər aparılıb və ibadət evinin sahəsi 100 kvadratmetrədək genişləndirilib. İbadətgah yonulmuş sal daşlardan inşa edilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.