Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə sentyabrın 14-dü İtaliyada Feysəl bin Muammarla görüşüb. Bu barədə AZƏRTAC-a istinadən QMİ xəbər verib. Bin Muammar KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibidir.
Görüş İtaliyada keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində bir sıra dini qurumların liderlərinin iştirakı ilə keçirilib. QMİ-nin sədri dinlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Şəkil: AZƏRTAC