Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin əl-Malik ilə görüşüb. Görüş 14 sentyabr tarixində İtaliyanın Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində baş tutub. Bu barədə AZƏRTAC-a istinadən QMİ xəbər verib.

Məlumata görə, görüşdə QMİ və ICESCO arasında olan əlaqələr və onların perspektivləri müzakirə olunub.