Məscid Salyan şəhərinin mərkəzində yerləşir. Əsas giriş qapısının sol tərəfində, divara vurulmuş dəmir lövhədə, kiril əlifbası ilə “1865 Məscidi usta Kərbəlayı Əli Əkbər Hacı Mehdinin oğlu Ağa Hüseynin adına tikmişdir” yazılıb.

Burada işləyən ustalardan birinin bildirdiyinə görə, belə memarlıq üslubunda məscid bir Təbrizdə, bir də Salyanda mövcuddur, hər iki məscidin memarı eynidir. Divarları daş plitələrlə üzləmişdir. Bu məscid vaxtilə 18 günbəzə malik olduğu halda, indi 15 günbəz qalmışdır, 3 günbəz 1930-cu ildə sökülmüşdür. Məscidin günbəzləri sal daşından düzəldilmiş 10 sütun uzərində dayanıb. Minbəri taxtadandır və beşpilləlidir.

1998-ci ildə ətrafda aparılan təmir-bərpa işləri zamanı məscidin günbəzləri uçmuşdur. O vaxtdan da məscid fəaliyyətini saxlamışdı. İbadət evi  2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur. Yalnız 2009-cu ilin yayında məscid bərpa olunmağa başlamışdır.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://deyerler.org/72058-salyan-vcumev-mescidi.html