Məscid Salyan rayonunun Qızılağac kəndi ərazisində, Rövşən Hüseynov küçəsində yerləşir. İbadət evi 1990-cı ildə yerli sakin Yusif Dadaşovun başçılığı ilə inşa edilib.

Məscidin divarları mişar daşı ilə hörülüb. İbadətgahın hasarı mişar daşından tikilmişdir.  Məscidin döşəməsi torpaq, tavanı isə taxtadandır. Məscidin yanında qoşa minarə ucaldılıb. Minarələr kərpiclə üzlənib. Məscidin günbəzi kərpiclə hörülüb və yaşıl rənglə işlənib. Günbəzin üstündə dəmir təbəqədən aypara rəmzi qoyulub. İbadət evinin zalında tağvari formada altı pəncərə qoyulub.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az