Kərbəlanın müqəddəs hərəminin Monitorinq və Kommunikasiya Şöbəsi Ərbəin ziyarətinə nəzarəti asanlaşdırmaq üçün əlavə kameralar quraşdırıb. Əlavə olaraq, ziyarətgahın ərazisində xüsusi məntəqələr yaradılıb. Bu məntəqələr mobil telefonları qidalandırma adapterləri və pulsuz internetlə təmin edilib. Bu barədə imamali.net xəbər verib.