Məscid Lerik rayonunun Günəşli kəndində yerləşir. İbadət evi 1989-cu ildə yerli sakinlər tərəfindən inşa olunub. Yerli əhali Günəşli kənd məscidini “Ozobijon” kimi də adlandırılır.
Qadınlar şöbəsi əsas zaldan ayrılıb. Məscid dördbucaq formaya malikdir. İbadət evinin minarəsi yoxdur, günbəzi isə güldəstə formadadır və üstü dəmir təbəqədən düzəldilib.
İbadətgahın giriş qapısının qarşısında kiçik eyvan yerləşir. Eyvanın tavanı altı taxta sütun üzərində dayanıb.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.e-qanun.az/framework/13269