Kanadanın Kalqari şəhərində yerləşən Hüseyniyyə Cəmiyyəti binasına edilən hücum ölkə şiələri tərəfindən qınanıb. Bu barədə sentyabrın 13-ü shiawaves xəbər verib.

Sentyabrın 11-i şəhər sakinlərindən biri avtomobil ilə binanın darvazasını sındıraraq içəri daxil olub. O, ərazidə yerləşən məscidə hücum çəkib və ibadət evinin otaqlarını bərbad vəziyyətə salıb. Məsciddən oraya məxsus əmlakın oğurlandığı da bildirilir. Hazırda işlə bağlı araşdırma aparılır.