12 sentyabr tarixində İtaliyanın Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”-un açılışı olub. Mərasimdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsininin (QMİ) sədri Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edib. Bu barədə AZƏRTAC-a istinadən QMİ xəbər verib.
Məlumata görə, tədbirdə İtaliya Prezidentinin müraciəti oxunub. Qonaqların arasında ölkələrin dövlət və hökümət başçıları, dini liderlər, nazirlər və görkəmli şəxslər olub.
QMİ-nin sədri İtalyanın Bolonya şəhərində sentyabrın 12-dən 14-dək səfərdədir. Forum “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək. Tədbirdə gündəmdə olan qlobal problemlər müzakirə ediləcək. Müzakirə mövzuları əsasən COVID-19, din azadlığı, qadın və uşaq hüquqlarının qorunması, terrororizm və insan alveri olacaq.
Şəkillər: AZƏRTAC