Həzrəti Əbülfəzl məscidi Cəlilabad rayonunun Adnalı kəndində yerləşir. İbadətgah XX-ci əsrin əvvəllərində tikilmişdir. Yararsız hala düşdüyü üçün ibadət evi 1989-cu ildə sökülüb və yenidən tikilib. 1990-cı ildə isə məscidin fəaliyyəti bərpa edilib.
Məscidin binası və minarəsi mişar daşından tikilib. Hündürlüyü 10 metr olan minarənin üstündə aypara rəmzi quraşdırılıb. Məscidin günbəzi səkkiguşəlidir və ağ dəmir təbəqə ilə örtülüb. Günbəzin üzərində də aypara rəmzi mövcuddur.
Məscidin tavanı taxtadandır və altı beton sütun üzərində dayanıb. İbadətgahın girişi dəhliz formasındadır. Məscidin iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi arakəsmə ilə ayrılıb.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.