Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə sentyabrın 12-i İtalyada BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə görüşüb. Bu barədə AZƏRTAC xəbər verib.

Görüşdə QMİ sədri ilk öncə Alyansın Ali nümayəndəsi Migel Anhel Moratinosa Prezident İlham Əliyevin salamlarını çatdırıb. Paşazadə işğaldan azad olunan ərazilərdə müsəlman və xristian ibadətgahlarında təmir-bərpa işlərinin aparıldığını bildirib.

Migel Moratinos öz növbəsində bu il iyun ayında Qarabağa ziyarətini vurğulayıb və orada gördüklərindən təsirləndiyini deyib. Ali nümayəndə Qarabağda gedən bərpa işlərinin tez bir zamanda uğurla başa çatmasını arzu edib. O, Azərbaycanın və Ermənistanın dini liderlərinin birgə görüşünün iki ölkə arasındakı sülhə töhfə verə biləcəyini qeyd edib. Migel Moratinos bu istiqamətdə dəstək verməyə hazır olduğunu bildirib.

Allahşükür Paşazadə sentyabrın 12-dən 14-dək İtalyanın Bolonya şəhərində səfərdədir. 13 sentyabr tarixində Bolonyada keçirilən “G20 VIII Dinlərarası Forum”-un açılışı olub. Mərasimdə Azərbaycanı QMİ-nin sədri Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edib.

 

Şəkillər: AZƏRTAC