Şeyx Əbasət Badkubeyi XIX əsrdə Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. O, dövrünün məhşur islam alimlərindən hesab edilir.

Gənc yaşlarından dini təhsil almaq üçün İrana köçür. Orada Ərdəbil, Qəzvin və Zəncan şəhəri dini hövzələrində təhsil alır. İranda dini savadını artıran Əbasət Badkubeyi İraqın Nəcəfi-Əşrəf şəhərinə yollanır. Nəcəfdə mədrəsəyə qəbul olur və dövrün böyük ustadlarından təhsil alır. Bir müddət sonra Şeyx Əbasət alimlik səviyyəsinə yüksəlir.

Təhsilini bitirdikdə alim vətənə – Buzovnaya qayıdıb. Kənd sakinləri arasında İslam təbliğatı aparmağa başlayıb. İnsanlara moizə edib, dinləri barədə maarifləndirmə işləri aparıb. Bir müddət sonra o, islam elmlərini tədris etmək qərarına gəlib. Buzovnanın İmam Hüseyn (ə.s) məscidində imam camaatı olub və insanlara dini məsələlərdə yardım edib.

Şeyx Əbasət 1907-ci ildə vəfat edib və Buzovna qəsəbəsi qəbiristanlığında dəfn olunub.

Mənbə: aypara.tv

Şəkil: aypara.tv