Sentyabr ayının 1-dən etibarən İsveçdə uşaqlar üçün məscid fəaliyyət göstərməyə başlayıb. Məscid ölkənin Yarfalla şəhərində açılıb. Bu barədə İsveçdəki İmam Əli Mərkəzi məlumat verib.
8 yaşadək uşaqlar və onların anaları çərşənbə günləri 15:30-17:30 saatlarında məscidə gələ bilərlər. Məsciddə uşaqlar söhbət edir, əylənir və əl işləri ilə məşğul olurlar. 3-5 yaşlı uşaqlara Quran və İmamlar (ə.s) haqqında hekəyələr danışılır.
İslamda uşaqlara dini tərbiyyənin erkən yaşlardan verilməsi bəyənilir. Bəzi valideynlər işdə olduqlarından körpələrinə çoxlu vaxt ayırmaqda çətinlik çəkir. Bu da onlara ibtidai dini təhsilin verilməsinə mane olur. İmam Əli (ə.s) buyurub: “Uşaqlığında öyrənməyən böyüyəndə inkişaf etməz”. (Ğurarul-Hikəm. Hədis 8973)