Məscid Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşir.
Məscidin binası dördbucaqlı formaya malikdir. İbadət evinin döşəməsi torpaq, tavanı isə taxta ilə yerli ustalar tərəfindən tikilmişdir. Məscidin damı yaşıl məxməri təbəqə ilə örtülüb. İbadətgahın bir qapısı və bir neçə pencərəsi var. Məscidin giriş qapısını yağışdan qorumaq üçün altı dirək üzərində damı artılmışdır. Həmçinin ibadət evinin üzərində dəmir ilə örtülmüş, azan vermək üçün günbəzdə tikilmişdır.
Məscid yerli əhəmiyyətli tikili həsab edilir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.