Əbüfəzl məscidi Biləsuvar şəhərinin Axundov küçəsində yerləşir.
Məscid düzbucaq formaya malikdir. İbadətgah kərpicdən inşa olunub. Buranın döşəməsi torpaqdandır, tavanı isə taxtadandır. Məscidin ön tərəfində eyni ölçüdə iki, yan tərəfində isə cüt pəncərəsi var. İbadət evinin ön tərəfində bir cüt qapısı var. Bu məscidin damı kirəmit ilə örtülüb.
Məscidin damında azan vermək üçün kvadrat formalı günbəz var.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az