Dünən, sentyabrın 12-i Ağdam Cümə məscidində azan oxunub. Bu barədə APA xəbər verib.

Yerli sakinlər Ağdamın mərkəzində yerləşən Cümə məscidini ziyarət ediblər. Onlar, orada namaz qılıb, dualar ediblər.

Ağdam şəhəri 2020-ci il noyabrın 10-u Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə nəticəsində işğaldan azad edilib. 27 illik işğaldan sonra həmin il noyabrın 20-i bu məsciddə ilk dəfə azan verilib.