Məscid Ucar şəhərində, Molla Pənah Vaqif küçəsi 7-də yerləşir. İbadət evi 1989-1990-cu illərdə, şəkili memar Durğunov tərəfindən inşa olunmuşdur.

Düzbucaqlı formada olan məscidinin divarları kərpiclə işlənib. Məscidin minarəsi yoxdur. Günbəz fasad tərəfdən dəmir təbəqə ilə işlənib və dörd tağla əlaqələnib. Məscidin döşəməsi mərmər, tavanı isə taxtadandır. Hündürlüyü 5 metr olan mehrab, divarın içində yerləşib və tağvari formaya malikdir. Məscidin minbəri taxtadan düzəldilib və 8 pillədən ibarətdir.

Ucarda, müxtəlif zamanlar, indiki məsciddən başqa, 2 Cümə məscidi də fəaliyyət göstərmişdir. XX əsrin əvvəllərində Ucarda köhnə Cümə məscid inşa edilmişdir, lakin 1953-cü ildə dağıdılmışdır. Bundan sonra, Ucar şəhər camaatının vəsaiti ilə şəhərin mərkəzində başqa bir Cümə məscidi tikilmişdir. Lakin bu məscid də 1977-ci ilə qədər fəaliyyət göstərmiş və sonradan bağlanaraq, ambar kimi istifadə olunmuşdur.

Bügünki Cümə məscidinin digərləri ilə heç bir əlaqəsi yoxdur.

Ucar şəhər Cümə məscidi hal-hazırda da fəaliyyət göstərir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az