Məscid Bakıda, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşir. Məscidin içərisində yerləşən daş kitabədə hicri təqvimlə 1290-cı il (1873-cü il) yazılmışdır. Ehtimal edilir ki, bu məscidin tikilmə tarixidir.
Məscid, əsas ibadət zalından və qadınlar şöbəsindən ibarətdir. Mehrab nəbati ornamentlərlə bəzənib və üzərində səkkizguşəli ulduzlar işlənib. Minbər 1994-cü ildə taxtadan düzəldilib. Əvvəllər, Balaxanı Cümə məscidinin minarəsi olmamışdır. Hazırkı minarə 1995-1996-cı illərdə yonulmuş sal daşlardan tikilib, hündürlüyü 27 metrdir. Əsas ibadət zalının divarlarında “Fatihə” və “Bəqərə” surələrindən ayələr yazılıb.
Bu məscid 1937-1989-cu illərdə mədəniyyət evi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən etibarən məscid kimi fəaliyyəti bərpa olunmuşdur. Hazırda məsciddə dini icma fəaliyyət göstərir. Dini icma müqəddəs bayramlarda və günlərdə burada müxtəlif mərasimlər təşkil edir.
Mənbələr:
- Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.
- https://m.facebook.com