Səudiyyə Ərəbistanı 9 sentyabr tarixindən Ümrə ziyarətində gündəlik 70 min zəvvarın iştirakına icazə verib. Zəvvarlar, həmçinin Məscidül-Hərama daxil ola biləcəklər. Bu barədə shafaqna xəbər verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün lazımi tədbirlər görüb. Ziyarətə yalnız vaksin olunmuş şəxslər buraxılacaq. Ziyarətçilərin hərarəti ölçüləcək və COVID-19 pasportu yoxlanılacaq.

Səudiyyə Ərəbistanı Həcc ziyarətinin bitməsi və Ümrə mövsümünün başlandığını 24 iyul tarixində elan edib. 9 avqust tarixindən etibarən Kəbənin ziyarətinə peyvənd olunmuş əcnəbi vətəndaşlara icazə verilib. Səudiyyə Ərəbistanıda yalnız Pfizer, AstraZeneca, Johnson & Johnson və Moderna peyvəndləri təstiqlənib.