İraqın Kərbəla şəhərində Həzrəti Əbəlfəzlin (ə.s) sol əlinin məzarına yeni zireh quraşdırılıb. Yeni zirehin poladdan olduğu bildirilir. Bu barədə sentyabrın 11-i shianews xəbər verib.

Həzrəti Əbəlfəzl Abbas (ə.s) İmam Hüseynin (ə.s) qardaşıdır və onunla birgə Kərbəla hadisələrində şəhid olub. Onun hər iki qolu döyüş meydanında düşmən tərəfindən kəsilib. Əbəlfəz ağanın qolları kəsildiyi yerlərdə dəfn edilib.