Məscid Gəncə şəhərinin Sofulu məhəlləsində, Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsində yerləşir. Bu məscid məhəllənin imkanlı adamlarından biri sayılan Hacı Qədimin vəsaiti hesabına tikilib. Buna görə tikiliyə Hacı Qədim məscidi də deyirlər.

Məscidin günbəzi yoxdur.

Mənbələr:

  1. Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998.