Məscid Bakı şəhərinin, Buzovna qəsəbəsinin Naxır bulağı məhəlləsində, Ruhulla Axundov küçəsində yerləşir. İnşa tarixi XVII əsrə aid edilir.

İmam Hüseyn məscidinin divarları sal daşlardan inşa edilib. Məscidin iki giriş qapısı və üç pəncərəsi var. Əsas qapıdan içəridə dəhliz yerləşib. Məscidin ön tərəfində geniş eyvanı var. Giriş qapısının fasad tərəfində ərəb və kiril əlifbası ilə “İmam Hüseyn məscidi” sözləri yazılıb.

Məscidin mehrabının hündürlüyü 2 metr təşkil edir. Onun üstündə ərəbcə “Allah, Məhəmməd“, daha yuxarıda isə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” adları yazılıb. Mehrabın orta hissəsində də ərəbcə yazılar həkk olunub.

Hal-hazırda bu məscid fəaliyyət göstərir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az