Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə sentyabrın 12-i İtalyaya səfər edəcək. O, G20-in səkkizinci Dinlərarası Forumuda iştirak edəcək. Bu barədə sentyabrın 10-da QMİ xəbər verib.

QMİ sədrinin səfəri sentyabrın 12-dən 14-dək İtalyanın Bolonya şəhərinə olacaq. Keçirilən tədbir müxtəlif ölkələrin dini liderlərinin, təhsil nazirlərinin və digər hökümət başçılarının iştirakı ilə baş tutacaq. Tədbirdə Azərbaycanın dini konfessiya nümayəndələri rəhbəri kimi çıxışı Allahşükür Paşazadə edəcək. Forum “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək.

Tədbirdə gündəmdə olan qlobal problemlər müzakirə ediləcək. Müzakirə mövzuları əsasən COVID-19, din azadlığı, qadın və uşaq hüquqlarının qorunması, terrororizm və insan alveri olacaq.

G20 (Böyük İyirmi) 1999-cu ildə Şərqi Asiya Maliyyə Böhranına cavab olaraq yaradılıb. Qurum özündə 20 ölkəni əhatə edir. 2008-ci ilə qədər G20 idi yalnız nazirlər üçün maliyyə forumları keçirib.