Abazallı kənd məscidi Cəlilabad rayonunun Abazallı kəndinin ərazisində yerləşir. Məscid yerli əhalinin vəsaiti ilə tikilib.

İbadət evi düzbucaq formadadır və iki mərtəbədən ibarətdir. Məscidin döşəməsi betondandır. Bu məscidin taxtadan düzəldilmiş iki giriş qapısı var. İbadət evinin düzbucaqlı formada dörd pəncərəsi mövcuddur. Buranın tavanı üç dəmir sütun üzərində dayanıb.

Abazallı kənd məscidinin damında böyük diametrli günbəz var. İbadət evinin 2 minarəsi var və onların hündürlüyü 12 metr təşkil edir. Məscidin həyəti daş plitələrlə döşənib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.