Sentyabrın 9-u Ərbəin ziyarətinə gedəcək zəvvarların sayının artırılması qərarı verilib. Qərar İraqın baş naziri Mustafa Kaziminin İrana səfəri zamanı qəbul edilib. Bu barədə shiawaves xəbər verib.
Qeyd olunan qərar İran zəvvarları üçün nəzərdə tutulub. İraqa giriş üçün daha 40 min vizanın verilməsi nəzərdə tutulur. Ümumi İrandan Ərbəin ziyarətinə 60 min, diqər ölkələrdən isə 20 min zəvvar yollana biləcək.
Bundan öncəki qərar sentyabrın 5-i qəbul edilmişdir. Qərara əsasən, Ərbəin ziyarətinə İrandan 30 min, digər ölkələrdən isə 10 min nəfərin ziyarətinə icazə verilib. Qeyd olunub ki, xarici zəvvarların son 72 saat ərzində verdiyi PCR testin nəticəsi mənfi olmalıdır. PCR testinin xərclərini isə İran öz üzərinə götürməyi planlaşdırır.