Britanyalı sahibkar ölkədə yaşayan 500 min müsəlman pişik sahibləri üçün halal yem istehsal edir. Bu barədə sentyabrın 9-u MEMO xəbər verib.

Sahibkar hesab edir ki, halal olmayan ət ilə heyvanları yedizdirmək olar, amma həmən əti almaq haramdır. Bu səbəbdən o, ölkədə ilk dəfə pişiklər üçün halal yem istehsal edib.

Məlumata görə, sahibkara məxsus Tiana şirkəti İngiltərənin Mançester şəhərində yerləşir. Məhsulun satış üçün mağazalara çatdırılması gələn aydan etibarən baş tutacaq. Hazırda sahibkar heyvan mağazaları ilə əməkdaşlıq yaratmaq üçün danışıqlar aparır.

Dünyada heyvanlar üçün ilk halal yem 2014-ci ildə İndoneziyada buraxılıb.