İranla İraq Ərbəin ziyarəti zəvvarlarının xərclərini azaltmaq yolunda birgə əməkdaşlığı planlaşdırırlar. Təklif sentyabrın 8-i Ərbəin Təşkilat Komitəsinin sədri tərəfindən İraqın İrandakı səfirinə edilib. Bu barədə irna xəbər verib.

İranın Daxili İşlər Nazirinin müavini İraqın səfiri ilə keçirdiyi görüşdə qeyd edib ki, İrandan İraqa keçən sərnişinlər PCR testini İran ərəzisində versinlər. Nazir müavini PCR testinin verilməsi üçün tutulan 40 dollar rüsumun ləğv olunmasını da təklif edib.

İraqın Tehrandakı səfiri deyib: “Koronavirusun yaratdığı şərtlər, Ərbəin sevər insanların mərasimə rahat qatılmasına icazə vermir”.

Sentyabrın 5-i İraq höküməti Ərbəin ziyarətilə bağlı yeni qərarı açıqlayıb. Qərara əsasən, Ərbəin ziyarətinə İrandan 30 min, digər ölkələrdən isə 10 min nəfərin ziyarətinə icazə verilib. Qeyd olunub ki, xarici zəvvarların son 72 saat ərzində verdiyi PCR testin nəticəsi mənfi olmalıdır.