9 sentyabr tarixində Nəcəf-Kərbəla yolunda İmam Hüseynin (ə.s) matəm bayrağı qaldırılıb. Bu barədə shiawaves xəbər verib.

Əbülfəzl Abbasın (ə.s) mübarək hərəmi eni 13, uzunluğu isə 17 metr olan bayrağı 40 metr hündürlüyədək ucaldıb. Bayrağın hər iki üzünə “bayrağın sahibi Hüseynə (ə.s) salam olsun” ifadəsi həkk olunub. Bununla Ərbəin mövsümünün, eləcə də zəvvarlara xidmət göstərilməsinin başlanması bildirilir. Bu mərasim 14 ildir ardıcıl olaraq keçirilir.

Ərbəin günü İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günüdür və səfər ayının 20-ə təsadüf edir. Dünyanın müxtəlif yerlərindən müsəlmanlar İraqa axışaraq, İmama matəm saxlayır. İraqa səfər zamanı ənənəvi olaraq Nəcəf şəhərindən Kərbəla şəhərinə piyada yürüş keçirilir. Bu iki şəhərin arasındakı məsafə 70 kilometrdir. Koronavirusa görə bu il İraq höküməti cəmi 40 min xarici zəvvara Ərbəin ziyarətində iştirak etməyə icazə verib.