Sentyabr ayının 11-i Avropa şiələri virtual görüş keçirəcək. Görüş “Yaşıl qitədə şiələr və məhərrəm: içəridən baxış” adı altında təşkil edilir. Bu barədə mehrnews xəbər verib.
Verilən xəbərə görə, toplantı Avropada yaşayan iranlılar tərəfindən təşkil edilir. Tədbir Avropa şiələrinin inanclarını artırmaq məqsədi ilə keçirilir. Virtual görüşlər sentyabr ayının 11, 14 və 17-si baş tutacaq. Görüşdə iştirak etmək və ya onu izləmək @moghisei instagram səhifəsində mümkün olacaq.
Avropada avqust ayının 9-dan 18-dək virtual matəm məclisləri təşkil edilmişdi. Mərasimlər London vaxtı ilə hər gün saat 19:30-da başlayırdı. Tədbirdə İngiltərə, Macarıstan, Avstriya, Rusiya və diqər ölkələrdən olan islam tələbələri iştirak etmişdilər.