Sentyabr ayının 8-i Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ayətullah Həkimin vəfatı ilə bağlı başsağlığı verib. Bu barədə İQNA xəbər yayıb.
Şeyxülislam alimin dəftərxanasına məktub ünvanlayıb və mərhumun ailə üzvlərinə başsağlığı verib. Məktubda o, Ayətullah Həkimin ölüm xəbərinin Azərbaycanda da hüznə səbəb olduğunu bildirib. QMİ sədri Məhəmməd Səid əl-Həkimin İslam dünyasında mühüm rolunu vurğulayıb. Müctəhidin Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəkləməsi də qeyd olunub.
Böyük şiə alimi Ayətullah Seyid Məhəmməd Həkim sentyabrın 3-ü vəfat edib. Mərhum müctəhid axşam saat 9 radələrində ürək tutması nəticəsində dünyasını dəyişib. 87 yaşlı alimi İraqın dörd böyük mərcei təqlidlərindən biri olub.
İraqda sentyabrın 8-i Ayətullah Həkimin matəm məclisi keçirilib. Məclisdə Ayətullah Seyid Sadiq Şirazi də iştirak edib. O, İslam ümməti və İraq xalqına hüzn və başsağlığını bildirib.