8 sentyabr tarixində Özbəkistan Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni medal ilə təltif edib. Bu barədə QMİ məlumat verib.

QMİ-nin sədri iki ölkənin münasibətlərinin inkişafına töhfə verdiyi üçün təltif olunub. “Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi” medalı Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Şeyxülislam ilə görüşdə ona təqdim edib.

Görüşdə, həmçinin iki ölkə arasında olan münasibətlər müzakirə olunub.

Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ildə qurulub. Özbəkistan əhalinin əksəriyyəti müsəlmandır. Din, ümumi dil qrupu, adət və ənənələrin oxşarlığı bu iki ölkəni birləşdirir. Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət kömitəsinin Özbəkistanın Dini İşlər Komitəsi ilə sıx əlaqələri mövcuddur.