Sentyabrın 8-i İran Ərbəin ziyarəti ilə əlaqədar İraqa uçuş reyslərinin tarixlərini açıqlayıb. Bu barədə shiawaves xəbər verib.İranın mülki aviasiya və hava limanlarına nəzarət təşkilatının direktoru bildirib ki, zəvvarlar sentyabrın 19-dan oktyabrın 2-dək təyyarə Ərbəin ziyarəti ilə əlaqədar İraqa səfər edə biləcəklər.
İlkin olaraq 200 İran-İraq-İran və 200 birtərəfli İran-İraq reysləri baş tutacaq. Sərnişinlərin sayının 30 mindən çox olması nəzərdə tutulur. Uçuşlar ölkənin Tehran, Məşhəd, Şiraz, Təbriz, İsfahan və Əhvəs şəhərlərindən aparılacaq. Zəvvar sayının artdığı təqdirdə isə reyslər İranın diqər şəhərlərindən də həyata keçiriləcək.
5 sentyabr tarixində İraq höküməti Ərbəin ziyarətilə bağlı yeni qərarı açıqlayıb. Qərara əsasən, Ərbəin ziyarətinə cəmi 40 min xarici zəvvarın iştirakina icazə verilib. Bunlardan 30 mini İran, 10 mini isə digər ölkələrdən olan zəvvarlara aiddir.