Əfqanıstanda Şiə Alimlər Şurası Talibandan ölkənin yeni konstitusiyasına Cəfəri fiqhini daxil etməyə çağırır. Bu barədə 8 sentyabr tarixində shiawaves xəbər verib.

Şiə alimləri yeni hakimiyyəti bütün dinlərə və irqlərə ədalətli davranmasına, qadınların və azlıqların təhlükəsizliyinə zəmanət verməyə səsləyib. Alimlər həmçinin şiələrdən zəkat toplanmamasını istəyib. İclasda şiə alimləri özlərinin sülh tərəfdarları olduqlarını bildiriblər.

Amerika öz qoşunlarını Əfqanıstandan çıxartdıqdan sonra, Taliban 14 avqusta qədər ölkənin 90 faiz ərazisini nəzarət altına aldı. 15 avqust tarixində isə Taliban paytaxt Kabili və ölkədəki hakimiyyəti ələ keçirdi.