İraq höküməti Ərbəin ziyarətilə bağlı yeni qərarı açıqlayıb. Qərara əsasən, Ərbəin ziyarətinə cəmi 40 min xarici zəvvarın iştirakına icazə verilib. Bu barədə Mawazin News xəbər verib.
Məlumata görə, İraqın Baş Nazirinin iştirakı ilə Sağlamlıq və Ali Səhiyyə Komitəsinin iclası keçirilib. Görüşdə koronavirus infeksiyası, ələcə də yoluxmaların sayının artması müzakirə olunub.
Yekun qərar olaraq, Ərbəinə İrandan 30 min, digər ölkələrdən isə 10 min nəfərin ziyarətinə icazə verilib. Qeyd olunub ki, xarici zəvvarların son 72 saat ərzində verdiyi PCR testin nəticəsi mənfi olmalıdır.
Ərbəin günü səfər ayının 20-ci günü, yəni aşura günündən 40 gün sonradır. Azərbaycanda Ərbəin günü sentyabrın 27-28-nə təsadüf edir. Peyğəmbərin nəvəsi İmam Hüseyn (ə.s) hicrətin 61-ci ilində məhərrəm ayının 10-u şəhid olub. Onun məzarına ilk ziyarət həmən ilin məhz səfər ayının 20-si baş verib. Bu səbəbdən hər il milyonlarla zəvvar Kərbəlaya İmam Hüseyn (ə.s) və qardaşı Həzrəti Abbas (ə.s) hərəmlərini ziyarət edirlər.