Qüslun qaydası:
Qüslun vacibatından biri də budur ki, gərək qüsl tərtiblə (əməllər biri birinin ardınca) yerinə yetirilsin. Ehtiyyat-vacibə əsasən gərək əvvəl baş-boyun birlikdə, daha sonra bədən tamamilə yuyulsun. Yaxşı olar ki, bədən yuyulduqda əvvəl bütünlüklə sağ tərəf, sonra isə bütünlüklə sol tərəf yuyulsun. Amma sağ və solu yuduqda üzvlər arasında tərtibə riayət etmək vacib deyil. Yəni, sağ və sol tərəfini yuyanda istər ayağından çiyninə doğru yusun, istər çiynindən ayağına doğru yusun fərq etməz.