Gecə namazının qılınma qaydası:

Gecə namazı 11 rikətdir. Onun səkkiz rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır.  Yəni dörd dəfə eynilə sübh namazı kimi iki rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz iki rikətli Şəfi namazı qılınır. Sonda isə bir rikətli qunutu olan Vitr namazı əda edilir.

Nafilə namazların qılınma qaydası:

Niyyət: “Gecə namazının nafiləsinı qılıram qürbətən iləllah”+Təkbir.

Birincici rikət: Fatihə+İxlas(Qul huvəllah)+Ruku+Səcdələr

İkinci rikət: Fatihə+İxlas+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Qeyd etdiyimiz kimi nafilə namazları səkkiz rikətdir. Yəni eyni namazı dörd dəfə təkrar etmək lazımdır ki, cəmdə səkkiz rikət edir).

Şəfi namazının qılınma qaydası:

Şəfi namazında müstəhəbdir ki, insan birinci rikətdə Həmd və Surədən sonra Nas surəsini, ikinci rikətdə isə Həmd və Surədən sonra Fələq surəsini oxusun. Amma oxumasa da heç bir eybi yoxdur.

Şəfi namazı qılıram qürbətən iləllah+Təkbir

Birinci rikət: Fatihə+İxlas+Nas+Ruku+Səcdələr

İkinci rikət: Fatihə+İxlas+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Bir daha qeyd edək ki, Şəfi namazının qunutu yoxdur).

Vitr namazının qılınma qaydası:

Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra üç dəfə İxlas surəsini, bir dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə “Əstəğfirullahə rabbi və ətubu ileyh”, 70 dəfə “Həzə məqamul-`aizi bikə minən-nar”, 300 dəfə “əl-Əfv”, 40 dəfə “Allahumməğfirlil-mumininə vəl-muminat” və 40 dəfə “Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini yaxud birini yasxud heç heç birini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar. Amma yaxşı olar ki, 70 dəfə “Əstəğfirullahə rabbi və ətubu ileyh” deyilsin və Allahda 40 nəfər möminin bağışlanması istənilsin.

Vitr namazı qılıram qürbətən iləllah+Təkbir

Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar.

Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını əda etmək olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür.